Dünya okeanının temperaturu rekord həddə çatdı

0
16

2019-cu ildə Dünya okeanının temperaturu rekord həddə çatıb ki, bu da iqlim dəyişməsinin sürətlənməsindən xəbər verir.

Amerikalı alimlər bu qənaətə gəliblər.

Tədqiqatlara əsasən, son beş il okean üçün ən isti illər olub. 1987-2019-cu illərdə qlobal istilənmənin sürəti dörd dəfə artıb. Bu öz növbəsində buzluqların sürətlə əriməsinə gətirib çıxarıb.

Alimlərin fikrincə, bu əsrin sonuna kimi dəniz səthi bir metr qalxacaq və 150 milyon insanın köçünə səbəb olacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here