Dubay şeyxinin “arvadı” Parisdə 1,3 milyon avroluq zinət əşyaları oğurladı

0
544

Naməlum qadın özünü Dubay şeyxinin həyat yoldaşı kimi təqdim edərək, Parisdə zinət mağazasını qarət edib. Bu barədə BFM TV yazır.

Nəşr bildirir ki, çərşənbə günü, iyunun 31-də Parisin lüks zinət mağazasına iki qadın daxil olub. Qadınlardan biri özünü Dubay şeyxinin arvadı adlandırıb, digəri isə onun köməkçisi kimi təqdim olunub. Satıcının sözlərinə əsasən, onlar zinət əşyalarını seçən zaman, butikə dayanmadan telefon zəngləri daxil olurdu.

Qadınlar seçimlərini etdikdən sonra zinət əşyalarına görə ödənişi növbəti gün mağazanın hesabına yatıracaqlarını bildiriblər. Bundan sonra isə bağlama göstərilən ünvana göndərilməli idi. Lakin növbəti gün hesaba vəsait daxil olmayıb, mağazanın əməkdaşları isə bağlamada zinət əşyalarının əvəzinə bulyon kubikləri aşkar ediblər.

Oğurlanan zinət əşyalarının ümumi dəyəri isə 1,3 milyon avro təşkil edir. Hazırda  polis qarət faktı üzrə araşdırmaya başlayıb.