Dəniz suyu haqda bunları bilməlisiniz – 7 mif

0
20

Çoxları dənizdə təkcə istirahət etmək deyil, həm də müalicə olunmaq istəyir. Dəniz suyu ilə müalicə talassoterapiya adlanır. Dəniz suyu tərkibinə görə insan qanının plazmasına oxşayır. O, dərinin məsamələrindən qana keçib orqanizmi minerallarla zənginləşdirir. Dəniz suyunun müalicəvi təsiri haqqında çoxsaylı miflər mövcuddur.

Dənizdə çimməyin faydaları haqqında populyar yeddi mifi nəzərdən keçirməyi təklif edirik.
Mif 1. Dənizdə mümkün qədər çox çimmək.
Dənizdə çimməyin ideal vaxtı 10-15 dəqiqədir. Bu qədər vaxt orqanizmdə su-duz mübadiləsi prosesini işə salmağa yetərlidir. Dənizdə çimmə daha uzun sürərsə, bədənin soyuması və soyuqdəymə riski artır. Məsələ bundadır ki, duzlu su şirin suya nisbətən istini daha çox udur.
Mif 2. Dəniz suyu nə qədər isti olsa, bir o qədər yaxşıdır.
Sağlamlıq üçün temperaturu 20-24 dərəcə olan suda çimmək faydalıdır. Temperatur dəyişmələri və sərin suda fiziki fəallığın artması talassoterapiyanın mütləq şərtidir. Lakin hər bir xəstəliyin müalicəsinə müəyyən temperaturlu dəniz suyu lazımdır. Artıq çəkidən əziyyət çəkənlərə mübadilə proseslərini stimullaşdıran sərin su tövsiyə olunur. İlıq su ürək yığılmaları ritmini yavaşıdır, isti su, əksinə, sürətləndirir. Unutmayın ki, temperaturu 24 dərəcədən çox olan dəniz suyunda zərərli mikroorqanizmlər sürətlə çoxalmağa başlayır.
Mif 3. Dənizdə çimmədən sonra yuyunmamaq
Belə bir təzadlı fikir var ki, dənizdə çimmədən sonra yuyunmağa ehtiyac yoxdur, çünki dəridə qalan dəniz duzu sağlamlaşdırma prosesini davam etdirir. Doğrudur, dənizdən çıxandan sonra suyun təsiri hələ təqribən 20-30 dəqiqə davam edir. Lakin orqanizmin hüceyrələri dənizdə üzmə zamanı çoxlu toksin ifraz edir və bu toksinlər yuyulmalıdır. Əgər dəridə xora və yaralar varsa, onda dəniz suyu aşındırıcı təsir göstərib dermatoz deyilən dəri xəstəliyi törədə bilər. Bundan əlavə, hər dəniz suyunun təmiz olması ilə öyünə bilməz, qələbəlik şəhər çirməliklərində vəziyyət xüsusilə bərbaddır.
Əgər saçlarınız boyalıdırsa, onları islatmamaq, yaxud dənizdən çıxandan dərhal sonra yumaq lazımdır. Dəniz duzu yalnız saç dibi yağlı olan insanlara kömək edir.
Mif 4. Dəniz suyunda xalis yod yoxdur

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here