Çində 200 məhkum koronavirusa yoluxdu

0
328
A man wearing a mask and covered with a plastic bag walks on a street in Shanghai, China, as the country is hit by an outbreak of the novel coronavirus, February 13, 2020. REUTERS/Aly Song

Çində türmələrdən birində yeni növ koronavirusa kütləvi yoluxma halı baş verib.

Hadisə Şandun yarımadasında yerləşən həbsxanaların birində aşkar olunub.

Xəbərdə bildirilir ki, 200 məhkum koronavirusa yoluxub.

Bundan əlavə, həbsxanada işləyən 7 mühafizəçinin də bu virusa yoluxduğu müəyyən edilib.

Rəsmi adı Covid-2019 olan virus Çinin Uhan şəhərindən dünyanın bir çox ölkəsinə yayılıb.