Çimərlik hava limanında yerləşir, turistlər təyyarələrin altında kölgələnir — VİDEO

0
490

Çimərlik hava limanında yerləşir, turistlər təyyarələrin altında kölgələnir

Sizcə aeroportla çimərlik iç-içə ola bilərmi? Karib dənizində yerləşən məşhur Sen-Martin adası səyahətçilər arasında məhz bu özəlliyinə görə ad-san qazanıb.

Bu ada həcminə görə çox kiçikdir.Buna baxmayaraq çoxlu restoranları və ekstremal hava limanı ilə dünyaya səs salıb. Adada demək olar ki boş yer qalmadığı üçün dənizdə çimən insanları külək əvəzinə sahildən 5-10 metr məsafədə yerləşən uçuş zolağından havalanan təyyarələrin pərləri sərinlədir. Bu insanları qorxutmur, əksinə başları üstündən əlçatan məsafədə uçan təyyarələrlə selfi çəkdirmək üçün gələn turistlərin sayı- hesabı yoxdur.