Çili Prezidenti ölkədəki iğtişaşlarla bağlı: Ölkəmiz müharibədədir

0
29
Çili Prezidenti ölkədəki iğtişaşlarla bağlı: Ölkəmiz müharibədədir
 Çili Prezidenti Sebastyan Pinyera ölkədə davam edən iğtişaşlar nəticəsində yaranmış vəziyyəti müharibə şəraiti ilə müqaysə edib.
Ölkə başçısı yerli telekanalda xalqa müraciəti zamanı “Biz müharibədəyik” deyə fikir səsləndirib.O, güc tətbiqetmə hallarına görə bütün məsuliyyəti daşıyanları qınayıb.

Qeyd edək ki, iğtişaşlara və polislə toqquşmalara çevrilən etirazlar bazar ertəsi günü Santyaqoda metronun qiyməti orta hesabla 30 peso ($ 0,04) maksimum 850 peso ($ 1.2) qədər artdıqdan sonra başlayıb.

Son məlumata görə, qarşıdurma zamanı ölənlərin sayı 10 nəfər çatıb, 1400-dən çox şəxs isə saxlanılıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here