Bu il Gürcüstanda keçiriləcək xeyriyyə marafonunun tarixi açıqlanıb

0
24

Gürcüstanda hər il keçirilən ənənəvi xeyriyyə marafonu bu il sentyabrın 29-na təyin edilib.

Sayca 8-ci olacaq bu marafon Tbilisinin mərkəzi küçələrini əhatə edəcək.

On kilometr məsafəni qət etmək üçün qeydiyyatdan keçəcək şəxslər 15 lari (təqribən 5 dollar), 21,1 kilometrlik məsafə üçün qeydiyyatdan keçənlər isə 20 lari iştirak haqqı ödəməlidirlər. Marafondan əldə olunan vəsaitin bir hissəsi Mtsxeti rayonunun Dzeqvi kəndindəki uşaq evinə və digər ehtiyacı olan insanlara veriləcək.

Qeyd edək ki, 2018-ci ildə keçirilən marafonda yerli azərbaycanlılarla yanaşı, Azərbaycandan gəlmiş idmançılarda iştirak ediblər.

Bir nəfər yerli azərbaycanlı 2018-ci ildə üçüncü yerə çıxmışdı.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here