Bill Qeyts anti-rekord vurdu: milyarderin sərvəti azalır

0
120

“Microsoft”un rəhbəri üçüncü pilləyə enib

Fransanın ən zəngin adamı, “Louis Vuitton Moët Hennessy” (LVMH) moda evinin sahibi milyarder Bernar Arno dünyanın ən zəngin insanları siyahısında Bill Qeytsi qabaqlamaqla ikinci pilləyə yüksəlib. Bu barədə “Bloomberg” məlumat verib.

“Bloomberg Billionaires Index”də siyahının birinci pilləsində əvvəlki kimi böyük fərqlə “Amazon” şirkətinin rəhbəri Ceff Bezos qərarlaşıb. Onun sərvəti 125 milyard dollar həcmində qiymətləndirilir. Sərvəti 108 milyarda çatan Arno ikinci pilləyə yüksəlib. Qeytsin isə sərvəti 107 milyard dollardan aşağı düşüb. “Bloomberg”ə görə, bu tarixi andır, çünki Qeyts heç zaman ikinci pillədən aşağı düşməmişdi.

Qeyd edək ki, “LVMH” şirkətinin aksiyalarının bahalaşması ilə əlaqədar olaraq, Bernar Arnonun sərvəti ilin əvvəlindən 40 milyard dollara qədər artıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here