ABŞ müqavilə ilə qadağan olunmuş ballistik raketi sınaqdan keçirdi

0
338

ABŞ Silahlı Qüvvələri yerüstü ballistik raketi sınaqdan keçirib.

Pentaqon rəsmisi TASS-a bildirib ki, raket qeyrinüvə konfiqurasiyalı olub.

Lakin o silahın Qısa və orta mənzilli raketlərin ləğvinə dair müqavilənin (IRNFT) şərtlərinə uyğun olub olmaması haqda məlumat verməkdən boyun qaçırıb.

“Business Insider” nəşri raketin 500 kilometrdən artıq uçduğunu bildirib ki, bu da öz növbəsində onun IRNFT-nin qadağa qoyduğu silahlar tipinə aid olmasına işarə edir.