233 nəfərin həyatını xilas etmiş pilot özünü qəhrəman hesab etmir – FOTO/VİDEO

0
416

Havada motoruna quşlar girdikdən sonra qəza vəziyyətinə düşən təyyarəni salamat qarğıdalı sahəsinə endirməyi bacarmış pilot Damir Yusupov özünü qəhrəman hesab etmir.

Qəza anında “Airbus A321” tipli təyyarənin şassilərini açmadan yerə sərt enişə qərar verən və bununla da 226 sərnişin və yeddi ekipaj üzvünün həyatını xilas edən pilot “Rossiya 1” telekanalına açıqlamasında qeyri-adi bir şey etmədiyini deyib:

“Çoxları deyir ki, mən qəhrəmanlıq etmişəm. Amma mən belə düşünmürəm. Təyyarəni, sərnişinləri və ekipajı qurtarmaq üçün nə lazım idisə, onu yerinə yetirmişəm. Düşünürəm ki, o anda yeganə çıxış yolu bu idi. Özümü qəhrəman hesab etmirəm”.