13 turisti daşıyan mikroavtobusun üstünə zürafə düşdü – FOTO

0
38

Cənubi Afrikada Kryuger Milli Parkının ərazisində avtomobil qəzası zamanı isveçrəli turist ağır xəsarətlər alıb.

“Daily Mail” xəbər verir ki, 13 turisti daşıyan mikroavtobus zürafəni vurub.

Zərbənin gücündən heyvan qarşıdan gələn maşının üstünə yıxılıb və onun damını əzib. Nəticədə maşın əzilib, İsveçrədən olan ər-arvad zədələniblər.

Kişinin zədələri ağır olduğundan onu helikopter vasitəsilə Yohanesburqa aparıblar. İsveçrəlinin arvadı və mikroavtobusda hərəkət edən daha iki turist yüngül xəsarətlər alıblar. Zürafə hadisə yerində keçinib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here