Bu taksilərdə sərnişinlər ödənişi POST-terminallar vasitəsilə ödəyə biləcəklər

0
24
 POST-terminal, arxiv şəkli
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, avtomobil elektriklə işləyir. Üstəlik, yeni taksilər “Android” sistemlə də təchiz olunub.

 Üç ay ərzində Bakıya yeni “London taksi”ləri gətiriləcək. Artıq bu taksilərin sifarişi verilib. Hazırda taksilərdən biri nümunə üçün ölkəmizdədir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında ”Bakı Taksi Xidməti” MMC Bakıya nümunə olaraq müasir standartlara cavab verən 1 ədəd “London taksi”si gətirib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, avtomobil elektriklə işləyir. Bu taksidən istifadə edən sərnişinlər ödənişi POST-terminallar vasitəsilə də ödəyə bilir. Prezident İlham Əliyevin tapşırığına əsasən, 3 ay ərzində bu taksilərin sayı 100-ə çatdırılacaq. Bu taksilər müasir texnologiyalar ilə təchiz edilib. Bununla yanaşı, bu taksilərə fiziki qüsurlu şəxslərin rahat minib-düşmələri üçün panduslar quraşdırılıb. Üstəlik, yeni taksilər “Android” sistemlə də təchiz olunub. Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev ölkədə taksi nəqliyyatı xidmətlərinin keyfiyyətinin artırılması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə öz tapşırıqlarını verib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here