DAMM və İNK-nın fəxri üzvü tarixçi hüquqşünas O.Kuznetsov daha bir fəxri diploma layiq görüldü

0
736

Rusiyalı tanınmış tarixçi – medevist Oleq Kuznetsova Azərbaycan tarixinin
tədqiqatındakı fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyasının
Tarix İnistitunun Fəxri Doktor diplomuna layiq görülmüşdür.
Bu gün AMEA-nın Tarix İnstitunda keçirilən təqdimat mərasimində
İnstitutun direktoru Yaqub Mahmudov Oleq Kuznetsova Fəxri Doktor
diplomunu təqdim edərək demişdir:” Azərbaycan tarixinin tədqiqatında
haqq işimizi müdafiə edən çox böyük əhəmiyyətə malik fəaliyyətinə görə
Oleq Kuznetsova çox minnətdarıq…”
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi və İctimai Nəzarət
Koalisiyasının da fəxri üzvü olan Oleq Kuznetsov Cənubi Qafqazın bir çox
siyasi həyat problemləri və onların araşdırılaraq dünya ictimaiyyətinə
catdırılması yolunda qarşılaşdığı əlamətdar məqamları bir daha institut
alimlərinin nəzərinə catdırmışdır.
Təqdimat mərasimindən sonra Oleq Kuznetsov İNK Tv-nin suallarına da
cavab vermişdir:
– Faşist cinayətkarı kimi tanınan Qaregin Nejdenin Ermənistanda
abidəsini qoyulmasına Rusiya Xarici İşlər Nazirliyi, eyni zamanda, Amerika
və Avropanın rəsmi dairələrinin etinasız yanaşmasının, sizcə, səbəbi nədir?
– Qaregin Nejdenin nasist Almaniyasının cinayətkar təşkilatının üzvü
olması çox sayılı tarixi faktlarla təsdiq olunmuşdur. Ermənistan hökümətinin
məqsədyönlü addımları sırasına daxil olan bu faktın səbəbi aydın olsa da
digər ölkələrin münasibətlərini bildirməməsini onların bu məsələdə
siyasi səriştəsizliyi ilə əlaqələndirirəm. Eyni zamanda, Cənubi Qafqazdaki
milli konfliktlərin dünyanın güclü dövlətlərin marağında olması artıq heç
kəsə sirr deyil.
– Azərbaycanın bir sıra ictimai, elmi təşkilatlarının fəxri fərmanları və
diplomlarına layiq görülmüsünüz .
Sizi bir daha təbrik edir və təəssüratlarınızı bölüşməyi xahiş edirik.
– Mükafat almaq hər zaman xoşdur.
Bunun sənin elmi nailiyyətlərinin, uğurlarının qiymətləndirməsi
olduğunu düşünəndə ictimaiyyətlə əlaqələrin vacibliyinin əhəmiyyətinə
əminlik və insanlara lazım olan əməllərin davamı arzusu yaranır.
Onu da deyim ki, bu gün aldığım Fəxri Diploma Rusiya alimləri içərisində
layiq görülmüş 4-cü insanam. Professional əlaqələrin ciddi mükafatı hesab
etdiyim bu diplomu işlərimdə daha məsuliyyətli və fəal olmağa bir çağırış
hesab edirəm.
“ictimaixeber.az”