Naxçıvan Ali Məclisinə seçkilər keçiriləcək

0
400

Naxçıvan Ali Məclisinə seçkilər keçiriləcək.

Bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Ali Məclisə seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Vasif Talıbovun sərəncamı Azərbaycan Prezidentinin dekabrın 5-də imzaladığı “Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncamına uyğun olaraq imzalanıb.