Yeni qanun gəlir: müharibə cinayətinə bərabər olacaq

0
64

Avropa İttifaqı ətraf mühitə qarşı cinayətləri “ekosid” olaraq tanıyan və cəzaları sərtləşdirən tənzimləmə qəbul edib.

Avropa Parlamentində (AP) keçirilən səsvermədə deputatlar böyük səs çoxluğu ilə qanunu təsdiqləyiblər. Lehinə 499, əleyhinə 100, bitərəf isə 23 deputat səs verib.

Artıq Aİ-yə üzv ölkələr iki il ərzində öz milli qanunvericilik məcəllələlərinə “ekosid” çərçivəsində cinayətlərə görə cəzalar daxil etməlidirlər.

“Ekosid” Aİ-yə üzv dövlətlərin hazırda qüvvədə olan qanunlarına hərtərəfli yenidən baxılmasını tələb edir. Bildirilir ki, yeni qanun çərçivəsində ağacların qanunsuz kəsilməsi, invaziv növlərin bir yerə gətirilməsi və yeraltı suların qanunsuz çıxarılması kimi əvvəllər cinayət kimi tənzimlənməyən yeni mövzular da açılıb.

Yeni tənzimləmə ilə “ekosid” cinayəti törədən şəxslər ən azı 10 il həbs cəzası ala, şirkətlər isə hər cinayətə görə ümumi gəlirlərinin ən azı 5 faizi, yaxud alternativ olaraq 40 milyon avroya qədər cərimələnə bilərlər. Bütün Aİ-yə üzv dövlətlər ətraf mühitə dəyən ziyana görə cəzalara malikdir.

Aİ-yə üzv dövlətlər ətraf mühitə qarşı cinayətləri araşdırmaq üçün yeni mexanizmlər yaratmalıdırlar.