YAŞIL DÜNYA NAMİNƏ QADIN HƏMRƏYLİYİ VƏ İNNOVATİV GƏLƏCƏK

0
420

Bu gün Baku Boulevard Marriott Hoteldə ” Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı İctimai Birliyinin” təşkilatçılığı ilə Beynəlxalq Forum keçirildi.Yüksək səviyyədə təşkil edilmiş forumun açılışı Azərbaycanın Dövlət Himni ilə başladı.Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Azərsüdün qadınlara həsr olunan sosial videoçarxı nümayiş olundu.
Sonra söz “Azərbaycanda Qadın Sahibkarlıgının İnkişafı Assosiasiyası” İctimai Birliyinin sədri Səkinə Babayevaya verildi.O,mövzuyla baglı ətraflı məlumat verdi.Çıxışçılar-Milli Məclisin Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ,AR Kiçik və Orta Biznesin İnkişafı Ağentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova,AR Əmək və sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev cəmiyyətdə qadınların fəal rolundan maraqlı faktlarla danışdılar.
Çex-Moraviya İş Qadınları və Menecerlər Assosiasiyasının prezidenti, Femmes Chefs D’EntreprisesMondiales- in vitse-prezidenti xanım Katerina Haring, Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) rəhbəri Qven Börçel çıxış etdilər.Yeri gəlmişkən,britaniyalı xanım Qven Börçelə DAMM- nin EŞ-nın sədri,”Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceri,yazıçı- publisist,AJB- nin üzvü Nəzakət Əhmədova milli örtüyümüz olan kələğayını,gənc yazıçı -şair Sevindik Nəsiboğlunun “Ulu Öndərin İşığında” və özünün “Gecıkmiş çiçəklər” kitablarını,”Xarıbülbül” döş nişanını eyni zamanda Katerina Haringə də hədiyyə etdi.Tədbirə şəhid uşaqlarının da qatıldığı Odlar Yurdu Rəqs Qrupunun
İfası alqışlarla qarşılandı.Fasilədən sonra Panel.İ üzrə ” Qadın sahibkarlığında innovativ gələcək” mövzusunda müzakirələr başlandı.
Moderator AQSİA- nın sədri Səkinə Babayeva sözü Bakı Biznes Universitetinin Universitet–Sənaye İş Birliyi Mərkəzinin rəhbəri Gülşən Bayramovaya,Foxy Agency-in.rəhbəri Xəyalə Məmmədovaya və Azərsun Holdinqin Marketinq Müdiri Nəzrin Əliyevaya verdi.Onlar öz fəaliyyətləri ,uğurları ilə toplantı iştirakçılarını tanış etdilər.
Panel İİ -“Beynəlxalq arenada qadın liderlərin təcrübəsi” nə həsr olundu.
Moderator:AQSİA Rəqəmsallaşdırma Komisiyasının rəhbəri ,” Maestro School” proqramlaşdırma məktəbinin təsisçisi Mədinə Paşayeva.
Çıxışçılar Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) rəhbəri Qven Börçel və Çex- Moraviya İş Qadlnları və MenecerlərAssosiasiyasının prezidenti ,Femmes. Chefs D’Entreprises Mondiales- in vitse- prezidenti Katerina Haring öz iş təcrübələrindən danışdılar.
Odlar Yurdu Rəqs Qrupunun milli geyimlərdə maraqlı kompozisiyalı rəqsləri hamını heyran etdi.Sonda xatirə şəkilləri çəkildi.