Şuşa həbsxanası sökülür? – RƏSMİ AÇIQLAMA

0
86

Sosial şəbəkələrdə Şuşa həbsxanasının sökülməsinə dair yayılan görüntülərə aydınlıq gətirilib. 

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Səmayə Məmmədova bildirib ki, Şuşa həbsxanasının sökülməsi ilə bağlı yayılan görüntülər həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, yayılan video köhnə kadrlar əsasında hazırlanıb:

“Həmin videoda söküntü aparılmasına dəlalət edən məqamlar yoxdur və görüntülər reallığı əks etdirmir. Şuşa həbsxanası tarixi abidədir. Orada söküntüdən heç bir söhbət gedə bilməz. Kadrlardan da göründüyü kimi orada söküntü prosesini özündə əks etdirən heç bir məqam yoxdur”.