Sərhəddəki Aİ missiyası Rusiya və İrana casusluq edir? – İrəvandan REAKSİYA

0
79

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Aİ müşahidəçilərinin “Rusiya və İrana qarşı kəşfiyyat fəaliyyəti aparması” ilə bağlı bəyanatını şərh edib.

Armen Qriqoryan ölkənin İctimai Televiziya kanalına müsahibəsində bu bəyanatı anlaşılmaz adlandırıb.

“Mən başa düşə bilmirəm ki, Rusiya başqa ölkələrlə problemlərini dilə gətirərək niyə üçüncü dövlətləri bu işə cəlb edir. Birincisi, Ermənistan və İran sərhədində Aİ müşahidəçiləri yoxdur, mən başa düşə bilmirəm ki, Rusiya nümayəndələri niyə belə iddialar irəli sürürlər. Aydındır ki, onlar yalnız Azərbaycanla sərhəddə mövcuddurlar, regiona sabitlik gətirirlər, sabitlik Ermənistanın maraqlarından irəli gəlir. Bilmirəm, Aİ müşahidəçiləri Rusiyaya necə casusluq edə bilərlər, Rusiya istənilən ittihamları irəli sürürsə, faktlar təqdim etsinlər və müzakirə etsinlər”, – Qriqoryan qeyd edib.