Rusiya və Ukrayna arasında növbəti meyit mübadiləsi

0
53

Ukrayna və Rusiya növbəti dəfə müharibədə ölən əsgərlərin cəsədlərinin mübadiləsini aparıb.

Bu barədə Rusiya Dövlət Dumasının deputatı Şamsail Saraliyev bildirib.

Onun sözlərinə görə, Rusiya 29, Ukrayna isə 121 hərbçisinin meyitini geri alıb.

Xatırladaq ki, sonuncu dəfə ölkələr iki həftə əvvəl meyit mübadiləsi aparıblar: Moskva 69, Kiyev 100 hərbçisinin cəsədini alıb.