Qəzzada atəşkəs təklifi: İsrail bu şərtə razılaşa bilər

0
54

İsrail Qətərdəki HƏMAS ilə danışıqlarda Qəzza zolağında altı həftəlik atəşkəsə nail olmaq niyyətindədir. Razılaşma çərçivəsində fələstinli yaraqlılar 40 girovu azad etməlidirlər.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, İsrailin Mossad kəşfiyyat xidmətinin rəhbəri David Barneanın başçılıq etdiyi yəhudi dövlətinin nümayəndə heyəti bu gün Qətərə yola düşəcək. Mənbənin qeyd etdiyinə görə, danışıqlar ən azı iki həftə davam edə bilər. Bu gözlənilən müddət “xarici HƏMAS nümayəndələrinin mühasirəyə alınmış anklav daxilində hərəkat nümayəndələri ilə əlaqə saxlamağa çalışarkən yarana biləcək çətinliklərdən” qaynaqlanır.