Putinin rəqibi də Ermənistanı hədələdi: Yeddi dəfə ölçün, bir dəfə…

0
91

Rusiya Federasiyası Kommunist Partiyasından Rusiya prezidentliyinə namizəd Nikolay Xaritonov Ermənistanın KTMT-dən çıxmaq istəyi ilə bağlı suala cavab olaraq İrəvanı “diqqətlə düşünməyə” çağırıb.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Onun sözlərinə görə, Rusiyadakı erməni diasporu “ümid edir və inanır ki, Ermənistan rəhbərliyi səhv, bəlkə də ölümcül” addım atmayacaq.

“İlk növbədə Ermənistan hara getdiyini düşünməlidir. Rusiya ilə çoxəsrlik əlaqələr və dostluq var. Ermənistanın göstərdiyi tələskənlik bizim üzərində düşünməli olduğumuz şeydir. Yeddi dəfə ölçün, bir dəfə kəsin… Biz hikmətə ümid edirik”, – deyə Xaritonov jurnalistlərə bildirib.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan respublikanın KTMT-də iştirakının dondurulduğunu bildirib.