Putin Moskvada nə qədər səs toplayıb?

0
51

Rusiyada keçirilən seçkilərdə protokolların 100%-i açıqlandıqdan sonra Vladimir Putinin Moskvada səslərin 85,13%-ni topladığı məlum olub.

Bu barədə Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

İkinci yerdə 6,65% səs toplayan Yeni Xalq Partiyasının namizədi Vladislav Davankov qərarlaşıb. Seçicilərin 3,84%-i Rusiya Federasiyası Kommunist Partiyasından seçkilərdə iştirak etmiş Nikolay Xaritonova, 2,83%-i isə LDPR-nin təmsil etdiyi Leonid Slutskiyə səs verib.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, protokolların 99,59%-i işləndikdən sonra Vladimir Putin 87,33% səs toplayıb – 75 576 029 nəfər ona səs verib.

Seçkilərdə ümumi fəallıq 74%-i ötüb.