Odessaya raket hücumu: ölənlərin və yaralananların sayı artdı

0
87

Ukraynanın Odessa şəhərinə raket hücumu nəticəsində ölənlərin sayı 19 nəfərə, xəsarət alanların sayı 73 isə nəfərə çatıb.

Bu barədə Ukraynanın baş prokuroru Andrey Kostin məlumat verib.

Kostinin sözlərinə görə, ölənlər və yaralananlar arasında həkimlər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da var.

Xatırladaq ki, Ukraynanın Odessa şəhəri Rusiya ordusunun raket hücumuna məruz qalıb. Xilasedicilər zərərçəkənlərə yardım göstərmək üçün hadisə yerinə gedərkən şəhərə yenidən raket zərbələri endirilib.