Moskvada silahlı hücum: ölənlərin sayı 99 nəfərə çatdı – YENİLƏNDİ

0
85

Rusiya Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.

***

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində “Krokus siti holl” konsert zalında törədilən terror aktı nəticəsində 60-dan çox insan həlak olub.

Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Terror aktı qurbanlarının sayının arta biləcəyi istisna edilməyib.

***

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində “Krokus siti holl” konsert zalında baş vermiş terror aktı nəticəsində yaralananların sayı 147-yə yüksəlib.

Bu barədə vilayətin Səhiyyə Nazirliyinin verilənlər bazasından məlum olub.

Xatırladaq ki, rəsmi açıqlamaya görə 40 nəfər ölüb. Hələlik ölü sayında dəyişiklik yoxdur.

***

Rusiya Federal Təhlükəsizlik Xidməti “Crocus City Hall”da baş verən terror aktında ölənlərin sayını açıqlayıb.

Hadisə nəticəsində 40 nəfərin öldüyü, 100-dən çox yaralının olduğu bildirilib.

Qeyd edilib ki, onların arasında azyaşlılar da var.

***

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş silahlı hücumda 40 nəfər ölüb, 130 nəfər yaralanıb.

Bu barədə “112” “Telegram” kanalı məlumat yayıb.

Ölü və yaralı sayının artacağı istisna olunmur.

***

“Crocus City Hall”da baş verən silahlı insident nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Bu barədə “Telegram” kanalları məlumat yayıb.

***

Moskvada “Crocus City Hall” ticarət mərkəzində silahlı insident baş verib.

Bu barədə “Telegram” kanalları məlumat yayıb.

Məlumata görə,naməlum, maskalı şəxslər avtomat silahdan insanlara atəş açıb.

Hadisə “Piknik” qrupunun konsertindən əvvəl baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində 12 nəfər ölüb, 35 nəfər yaralanıb.