İrəvan Moskvaya rəsmi müraciət ünvanladı: rus sərhədçiləri çıxarılır

0
85

Ermənistan “Zvartnots” hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvanlayıb.

Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Qeyd edilib ki, bununla bağlı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan martın 6-da jurnalistlərə açıqlama verib. Onun sözlərin görə, “Zvarnots” hava limanında rusiyalı sərhədçiləri ermənistanlı hərbçilərin əvəzə etməsi üçün ölkəsinin hər cür imkanı var: “Hakimiyyətin mövqeyi belədir – Ermənistan sərhəd qoşunları hava limanında xidmət göstərməlidir”.

Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, “Zvartnots”da sərhədçilərlə bağlı heç bir qərar olmayıb: “Heç kim bizə bu qərarları rəsmi şəkildə çatdırmayıb”.