İrəvan əsl niyyətini açıqladı: Avropa İttifaqı təklif edərsə…

0
69

Avropa İttifaqı Ermənistana üzvlük təklif edərsə, biz cavab verəcəyik. 

Bunu İctimai Televiziyaya müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

İrəvanın artıq Avropa İttifaqının istədiyi qədər əlaqələri dərinləşdirməyə hazır olduğunu bildirən Qriqoryan qeyd edib ki, Aİ-nin çox geniş gündəliyi var.

“Vizanın liberallaşdırılmasından Avropa Sülh Alətinə qədər. Avropa İttifaqının gündəmində təhlükəsizlik çox yüksəkdir. Fransa Ermənistanla genişmiqyaslı hərbi-texniki əməkdaşlığa başlayıb”, – deyə Qriqoryan bildirib.

Fransanın tədarük etdiyi silahların çeşidinin məhdud olması və real silahların olmaması ilə bağlı əks-arqumentlərə gəlincə, Qriqoryan belə fikirlərə təəccübləndiyini bildirib.

“Fransızlar bizə qabaqcıl texnologiyalara malik silahlar verir”, – Qriqoryan deyib.