Hansı vitamin çatışmazlığı saç tökülməsinə gətirib çıxarır?

0
51

Həm kişilərdə, həm də qadınlarda saç tökülməsinin səbəbi təkcə genetika deyil, həm də rasionda qida çatışmazlığı ilə əlaqədardır. 

Bu qənaətə dermatoveneroloq Sofya Xaustova gəlib. O, bu barədə “Gazeta.ru”ya danışıb.

Mütəxəssisin sözlərinə görə, saç tökülməsinə A, D, E, C vitaminləri, biotin (B7), fol turşusu (B9) və sianokobalamin (B12) olan qidaların kifayət qədər qəbul edilməməsi səbəb ola bilər. Həkim həmçinin dəmir, kalsium, yod, mis, fosfor, selen və sinkin orqanizm üçün lazımlı olduğunu bildirib və onların miqdarına nəzarət etməyi tövsiyə edib.

Bu birləşmələri aşağıdakı qidalardan ala bilərsiniz: toyuq yumurtası, giləmeyvə, ispanaq, şirin kartof, qoz-fındıq, ət, lobya və avokado. Həm də gün ərzində ən azı 1,5 litr su içmək lazımdır.