Həyəcan təbili: Cinsi yolla keçən amansız xəstəliklər…

0
57

Avropada cinsi yolla keçən xəstəliklərə yoluxma halları artıb.

Bu barədə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) mətbuat xidməti məlumat yayıb.

“Nəticələr sifilis, qonoreya və xlamidiya hallarının həyəcan verici artımını göstərir”, – Avropada xəstəliklərin yayılması ilə bağlı hesabatda deyilir.

Bildirilib ki, 2022-ci ildə təsdiqlənmiş cinsi yolla keçən xəstəliklərin sayı 2021-ci illə müqayisədə xeyli artıb. Xüsusilə sifilis – 34%, xlamidiya – 16% və qonoreyada – demək olar ki, 50% artım var. Eyni zamanda, ECDC əlavə edib ki, insanlar lenfoqranuloma venerum (LGV) və anadangəlmə sifilisdən əziyyət çəkirlər.

Mərkəz izah edib ki, bu cür hallar Aİ-də cinsi yolla ötürülən xəstəliklərin yayılmasının qarşısını almaq və onların ictimai sağlamlığa təsirini azaltmaq üçün təcili tədbirlərin görülməsinə ehtiyac olduğunu göstərir.