Hərəkətsiz uşaqlara diqqət yetirin: Bu fəsad yarana bilər

0
52

İngiltərədə aparılan bir araşdırma uşaqlıqda oturaq həyat tərzinin damar sərtliyinə təsir etdiyi məlum olub.

Araşdırmada 11-24 yaş arası 1339 uşaq və gənc müayinə olunub. 13 il müayinədən keçən bu insanlarda vaxtaşırı arterial sərtlik yoxlanılıb. Müəyyən edilib ki, uşaq və yeniyetmələrdə hərəkətsizlik müddətinin gündə 6 saatdan 9 saata qədər artırılması arterial sərtləşməni təxminən 10 faiz artırıb.

Mütəxəssislər qeyd ediblər ki, gündə ən azı 3 saat yüngül fiziki fəaliyyət damarların sərtləşməsi riskini minimuma endirməyə kömək edə bilər.