“Fransa bizi birinci sinif silahlarla təmin edir” – Armen Qriqoryan

0
55

Ermənistanın Rusiya ilə hərbi-texniki əməkdaşlığı 96 faizdan 10 faizə düşüb.

Bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Birinci kanal”a müsahibəsində danışıb.

O, bunun Rusiyanın seçimi olduğunu deyib:

“Müqavilələr imzalanıb, amma yerinə yetirilməyib. Ukraynadakı müharibəni əsas gətirirlər, lakin bu müqavilələr 2021-ci ilin əvvəlində imzalanıb. Bu, Rusiya Federasiyasının qərarı idi. Biz faktlarla üzləşdik və hərbi-texniki əməkdaşlığı şaxələndirmək məcburiyyətində qaldıq”.

Armen Qriqoryanın sözlərinə görə, Fransa onları birinci sinif silahlarla təmin edir.

“Bu məsələdə, yəqin ki başa düşərsiniz, sükut yaxşıdır. Biz aldığımız hər şeyi bəyan edə bilmirik”, – deyə o qeyd edib.