Azərbaycanlı tank batalyonu komandiri Ukraynada HƏLAK OLDU

0
54

Azərbaycanlı tank batalyonu komandiri Ukraynada həlak olub.

Əslən Zərdab rayonundan olan Eldar Asəf oğlu Yusifov Ukrayna vətəndaşı olub.

O, Ukraynada doğulub boya-başa çatıb.

Eldar Yusifov son iki il Ukrayna ordusunda tank batalyonunun komandiri kimi xidmət edib. Onlar Xarkov şəhərində yaşayıblar, lakin müharibə başlayandan sonra evlərinə raket düşüb.

Eldarın atası gənclik illərində təhsil almaq üçün Zərdabın Sarıqaya kəndindən Ukraynaya yollanıb və orada ukraynalı xanımla ailə həyatı qurub.

İki oğlu dünyaya gəlib. Həlak olan Eldar Yusifov ailənin ilk övladı olub.

Yaxınları onu da bildiriblər ki, onların anası ukraynalı olsa da, Azərbaycana bağlı insan olub.

Eldar və qardaşının həyat yoldaşı azərbaycanlıdır.

Qeyd edək ki, hadisə baş verən gün Eldarla yanaşı daha yeddi tankçının öldüyü bildirilir.

Onlar tankdan düşərək qidalanmaq istəyərkən raket zərbəsinə tuş gəliblər. Eldarın nəşini tapmaq mümkün olmayıb.