1071-ci ildən əvvələ işarə var: Türklər nə vaxt gəlib? – Müzakirə başladı

0
43

Türk tarixi ilə bağlı maraqlı müzakirə başlayıb. Bütün tarixi və arxeoloji tapıntılar göstərir ki, türklər 1071-ci ildən çox əvvəl Anadolunu özlərinə vətən ediblər.

Sənətçi Orhan Gencebayın “Türklərin Anadoluya 1071-ci ildə gəldiyini deyirlər. Bu yalandır, inanmayın. Anadoluda tariximiz 14-15 min il əvvələ gedib çıxır. Göbeklitəpədə türk mədəniyyətinin izləri var” açıqlaması sosial mediada müzakirə mövzusu olub.

Məşhur sənətçi bir çox müsahibələrində Anadoludakı türklərin tarixinin 10 min ildən çox olduğunu və italyan xalqlarını təşkil edən bəzi icmaların da türk mənşəli olduğunu ifadə edib. Tarixçilər və arxeoloqlar da türklərin Anadoludakı keçmişi ilə bağlı oxşar iddialar irəli sürürlər.

Türkoloq Prof. Dr. Özkul Çobanoğlu Anadolunun ən qədim yerli xalqı olan hattilərlə bağlı araşdırmalara diqqət çəkib: “Hattilər Ural-Altay dil ailəsinə aid dillərdə danışırlar. Biz hetləri tanıyırıq, lakin hetlər Anadoluya xaricdən gəliblər. Hattilər olaraq bildiyimiz het mədəniyyəti və sivilizasiyası hattilərdən götürülüb. Ural-Altay türkləri də soylu xalqların qohumları hesab olunur. Bu səbəbdən də türklərin ən qədim vətəninin Anadolu olduğu tezisləri var. Anadolunun bir çox yerində qədim türk yazıları var”.

Türkologiya üzrə araşdırma aparan Qazi Universiteti Türk Bölümü rəhbəri Prof. Dr. Necati Dəmir bildirib ki, Çorumdakı kütləvi məzarlıq 1071-ci ildən əvvəlki türk qəbiristanlığı sayılır.