“Xocalıya ədalət” adlı ədəbi tədbir keçiriləcək

0
108

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, “İRƏLİ” İctimai Birliyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası və “Cadenza” Müasir Orkestrinin birgə təşkilatçılığı ilə Xocalı Soyqırımının 32-ci ildönümünə həsr olunmuş “Xocalıya ədalət” adlı tədbir keçiriləcək.

Bu barədə “İRƏLİ” İctimai Birliyinin Mətbuat xidmətindən bildirilib. 26 fevral, saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq ədəbi tədbirdə “Cadenza” Müasir Orkestri, Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət xor kollektivi və istedadlı gənclərin təqdimatında müxtəlif musiqi əsərləri ifa olunacaq.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmaması istiqamətində töhfələr verməkdir.

Tədbirdə iştirak etmək istəyən şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://shorturl.at/evSY6