“WhatsApp”da yeni funksiya: Gizli söhbətlər üçün kod

0
103

“WhatsApp” messencerində gizli söhbətləri açmaq üçün kod təyin etməyə imkan verən yeni funksiya olacaq. 

Bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Gizli söhbətlərin siyahısını açmaq üçün kodu təyin etmək imkanı proqramın masaüstü versiyasında mövcud olacaq. “WhatsApp” məxfi söhbətlərə icazəsiz girişdən əlavə müdafiə səviyyəsini təmin edəcək”, – portalın mütəxəssisləri qeyd ediblər.

“WABetaInfo” aydınlaşdırıb ki, yeni funksiya növbəti proqram yeniləməsində əlçatan olacaq. Seçim hazırda inkişaf mərhələsindədir.