Vatsapda bunu da edə biləcəksiz

0
117

Vatsapda istifadəçilərə bəzi kontaktları “Sevimlilər” kateqoriyasına əlavə etməyə imkan verən yeni funksiya mümkün olacaq.

Bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Bildirilib ki, istifadəçilər bu kateqoriyaya kontaktları əl ilə seçərək əlavə edə biləcəklər. Bu funksiyanın çox sayda mesaj yazan və zəng edənlər üçün faydalı olacağı gözlənilir.

“Vatsap əsas danışıqları prioritetləşdirməyə kömək edir və istifadəçilərə ən çox ünsiyyət qurduqları kontaktlara tez və asan giriş imkanı verir”, – məlumatda qeyd olunub.

“WABetaInfo” qeyd edir ki, funksiya tətbiqin veb versiyasının növbəti yeniləməsində əlçatan olacaq.