Separatçılar Rusiyaya qoşulmaq istəyib? – Şok müraciət yayıldı

0
72

Qondarma Dnestryanı Moldova Respublikasının Rusiyanın bir hissəsi olmaq iddiası ilə bağlı xəbərlər fərziyyədir.

Bunu tanınmamış respublikanın “xarici işlər nazirliyinin” rəhbəri Vitali İqnatyev deyib.

Onun sözlərinə görə, Dnestryanıda heç kim əvvəlcə tanınma və tərkibinə daxil olmaq üçün Rusiyaya müraciət etməyi planlaşdırmayıb. O qeyd edib ki, bütün bunlar media fərziyyələridir.

Daha əvvəl bildirilmişdi ki, Dnestryanıda deputatların qurultayında onlar bölgədəki rus sülhməramlılarına dəstək veriblər.