Sənətkara dəyər verən Vətən oğlu

0
98

Nə yaxşı ki, Dünyada yaxşılar var.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov mərhum əməkdar artist Aygün Bəylərin övladı Canan Hümmətovanı himayəsinə götürüb. Məlumata görə, nazir Cananın xərclərini qarşılayacağını bildirib. Canan Hümmətova Bakı şəhərində yerləşən 20 saylı orta məktəbin 8-ci sinifində təhsil alırdı. Nazir Kəmaləddin Heydərov bundan sonra sənətçinin qızının Avropa — Azərbaycan Məktəbində oxumasını məsləhət görüb və illik təhsil haqqını da əvvəlcədən ödəyib. Qeyd edək ki, Aygün Bəylər Kəmaləddin Heydərovun bəstələdiyi bir neçə məşhur mahnılarının ifaçısıdır. “Qalanı xatirədir”, “Özün günahkarsan”, “İlahi”, “Nə Yaxşı ki, Sən Varsan” mahnılarıdır.

P.S. Avropa — Azərbaycan Məktəbi Kəmaləddin Heydərovun oğlu Taleh Heydərova məxsusdur.