Ermənistan QXC-nin ofisindən 145 min dollardan çox pul oğurlandı

0
88

Erməni Qızıl Xaç Cəmiyyətinin (QXC) ofisindən 145 min dollardan çox pul oğurlanıb.

Bu barədə QXC-nin vəkili Levon Baqdasaryan məlumat verib. 

Bildirilib ki, Ermənistan QXC-nin vəkili Levon Baqdasaryan hüquq-mühafizə orqanlarına 60 milyon dramdan (145 min dollar) çox pul itkisi, vacib sənədlər, habelə təşkilatın avtomobilindən qanunsuz istifadə barədə məlumat verib.

Vəkil bildirib ki, onlar cinayətlə bağlı hüquq-mühafizə orqanlarına 10-dan çox məlumat təqdim ediblər, lakin hələlik heç bir cavab verilməyib.