Efirdə zarafatdan doğan qalmaqal: “Bundan sonra hər hansı formada sözümü fırladacaqlarsa…” – YYSİB sədri, yazıcı-kulturoloq Aydın Xan Əbilov

0
136

“Yəqin ki bundan sonra korrekt davranaraq Kubra xanımla heç zarafat etməyəcəm”.

Bu sözləri efirdə Əməkdar artist Kübra Əliyeva ilə öz arasında baş verən qalmaqala aydınlıq gətirərkən yazıçı, kulturoloq Aydın Xan Əbilov açıqlamasında deyib.

Aydın Xan bir zarafata görə aktrisa ilə aralarında narazılıq yaranacağını gözləmədiyini deyib:

“Əslində, Kübra xanımla aramızda elə bir böyük münaqişə olmayıb. Reklam fasiləsində bir zarafat etdim, xətrinə dəydi. Hansı ki biz dəfələrlə ekspertlərlə zarafatlaşmışıq və heç birinin də xətrinə dəyməyib. Ancaq Kübra xanımın xətrinə dəydi, bunu da efirdə söylədi.

Yəqin ki bundan sonra korrekt davranaraq Kübra xanımla heç zarafat etməyəcəm. Məndən əvvəl ekspert Anar Vəziroğlu tərəfindən Kübra xanımın nüfuzuna xələl gətirəcək bir çıxış olmuşdu. Amma buna baxmayaraq, Kübra xanım onunla yenə də zarafatlaşıb danışırdı. Nədənsə, yalnız mənim onunla etdiyim bir özəl zarafatı ürəyinə saldı.

Kübra xanımın xətrini çox istəyirəm, amma indən belə digər adamlar bundan ibrət götürüb ciddi, ya zarafat, fərqi yoxdur, hər hansı formada sözümü fırladacaqlarsa, o dəqiqə onlarla münasibətimə nöqtə qoyacam. Nəinki verilişlərə, hətta telekanala da… Necə ki, qoymuşam. ATV və adını çəkmək istəmədiiym bir neçə telekanala getmirəm”.

Qeyd edək ki, “Elgizlə izlə” verilişində aktrisa Kübra Əliyeva reklam fasiləsində onunla etdiyi zarafata görə Aydın Xan Əbilova xəbərdarlıq edib:

“Allaha and olsun, yerimdə başqa bir qadın və ekspert olsa, səninlə ayrı cür danışar. Həqiqətən də sənin bu sözlərindən çox incidim. Bədənim titrədi…”