Cənnətdəki doğum günün mübarək olsun şəhidim

0
177

Bu gün Qəbələ rayon Zərgərli kənd Şəhidi Mikayılov Şöhrətini anım günüdür.

Anım günündə şəhidin məzarı ziyarət olunmuş, ruhuna dualar oxunmuş, gul dəstələri qoyulmuşdur.
Tədbirdə Şəhid ailələri qazilər, ictimai təşkilatların nümayəndələri , yazarlar, axundlar iştirak etmişdir.

Sonda tədbir ata ocaginada çay süfrəsi arxasında davam etmişdir.

Mikayılov Şöhrət İkram oğlu 2002ci il 26 fevral Qəbələ rayon Zərgərli kəndində anadan olmuşdur.2008ci il Qəbələ rayon Zərgərli kənd 1saylı tam orta məktəbinə daxil olmuşdur.2019cu ildə Nic qəsəbə 4saylı tam orta məktəbi bitirmişdir.2019cu ildə komputer kursuna getmişdir və sertifkatla təltif olunmuşdur.2020ci il aprelin 2si hərbi xidmətə çağrılır və pandemiya səbəbindən mayın 5i çağrışa gedir.Hərbi xidmətini Beylaqan 006 çasta yerinə yetirmişdir.3ay keçdikdən sonra avqustun 15 yanına getmək üçün hazırlaşırıq və ayın 14ü axşamı Anam anidən dünyasını dəyişir biz gedə bilmirik ayın 15i Qardaşım gəlir Anamı dəfn edirik.Qardaşım 5 gün bizlə olur sonra çastına geri qayıdır.27.09.2020ci il 2ci Vətən müharibəsi başladığı gündən Füzuli.Zəngilan.Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.Ən son bizimlə əlaqəsi 30 oktyabır Zəngilan rayonunda olarkən olub Şöhrətin bizə son sözləri hər şey yaxşıdır irəliyə gedirik Qələbə bizimdir.31 oktyabır 2020ci il Qubadlı istiqamətində gedən döyüşlərdə Qəhramancasına Şəhid olmuşdur.1noyabır 2020ci ildə Qəbələ rayon Zərgərli kənd qəbirsanlığında dəfn olunmuşdur.Ölümündən sonra “Vətən uğrunda” ,”Şücaətə görə”,”Cəsur döyüşçü”,”Xocavəndin azad olunmasına görə”medalları ilə təltif olunub.

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin sədri