Azərbaycanda boş iş yerlərinin siyahısı – 2000 manat maaş…

0
84

Azərbaycanda işsizlikdən əziyyət çəkən və iş tapmaq istəyən vətəndaşlar problemin qısa zamanda həlli üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinə müraciət edə bilərlər.

Bunun üçün iş axtaranlara öz bacarıqlarına uyğun vakansiyalarla tanış olmaq imkanı yaradılıb.

Agentlik əhalinin məşğulluğunun təşviq və təmin edilməsi istiqamətində müxtəlif xidmətlərin icra edilməsini həyata keçirir.

Aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili (bundan sonra – müvafiq sahə) Agentlik tərəfindən göstərilən xidmətlərdəndir.

Dövlət Məşğulluq Agentliyində işsiz və iş axtaran vətəndaşlara təklif olunan ən minimum və maksimum məvacibli işlərdən bir hissəsini təqdim edirik. Təqdim etdiyimiz vakansiyalar üzrə əmək haqqı 500 manatdan 2000 manatadək dəyişir.