ANAMA: Ermənilər Qarabağda mərhələli mina basdırılmasından istifadə ediblər

0
108

“Ermənilər Qarabağda mərhələli mina basdırılmasından istifadə edib”.

Bunu işğaldan azad edilmiş Ağdam şəhərində keçirilən Beynəlxalq forumda ANAMA-nın metodologiya və qiymətləndirmə şöbəsinin müdiri Adil Aslanov deyib.

O bildirib ki, ərazilərin təmizlənməsi istiqamətində aparılan işlər zamanı ən çox rast gəlinən mərhələli mina basdırılması üsulundan istifadə edilməsidir: “Belə ki, təmizləmə əməliyyatı aparılan hər bir yerdə, xüsusilə Zəfər yolu və digər kommunikasiya xətlərinin keçdiyi yerlərin təmizlənməsi zamanı bu cür hallara daha çox rast gəlinir. İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi istiqamətində aparılan işlərə çox vaxt sərf edilməsinin əsas səbəbi də basdırılan minaların bir neçə mərhələdən ibarət olmasıdır. Bu cür halların qarşıya çıxması insanların həyatı üçün ciddi təhlükə yaradır”.

Adil Aslanov qarşıya çıxan problemin çətinliyinə baxmayaraq, ərazilərin tam təmizlənməsi yolunda daha ciddi çalışdıqlarını vurğulayıb.