Yaddaş problemi: çox ciddi təhlükədən xəbər verir

0
137

İnformasiyanın yadda saxlanması və bərpası ilə bağlı çətinliklər həyəcanverici siqnallardır. Bu artıq təhlükəli xəstəliklərin simptomları ola bilər.

Bunu məşhur həkim-psixoloq Aleksey Melekhin deyib.

Onun sözlərinə görə, əgər insan müntəzəm olaraq sadə şeyləri xatırlaya və ya yada sala bilmirsə, bu artıq ciddi xəstəliyin əlamətidir.

Mütəxəssis izah edib ki, bu simptomlar baş ağrıları ilə yanaşı, həm də yorğunluq, depressiya və ya neyrodegenerativ proseslər nəticəsində baş verə bilər.

Yaddaşı bərpa etmək üçün ilk növbədə pozğunluğu və unutqanlığı yaradan səbəbləri tapmaq lazımdır. Bunun üçün mütləq şəkildə vaxtında və düzgün həkim müayinəsindən keçmək lazımdır.