Xoyda yeraltı təkanlardan sonra Naxçıvanda durum necədir?

0
102

“İranda baş verən zəlzələdən sonra Naxçıvan Muxtar Respublikası ərazisində hər hansı dağıntı və ya itki qeydə alınmayıb”.

Bu barədə Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhəri bölgəsində 5,6 maqnitudalı zəlzələ olub.

Məlumata görə, yeraltı təkanların episentri 7 km dərinlikdə olub. Hadisə Bakı vaxtı ilə 07:16-da qeydə alınıb.

Zəlzələ Naxçıvan MR-də 3-4 bala qədər hiss olunub.