Adanada zəlzələdə 17 və 14 mərtəbəli iki bina tamamilə dağılıb: 10 nəfər ölüb

0
142

Türkiyənin Adana şəhərində 17 və 14 mərtəbəli yaşayış binası tamamilə dağılıb.

Bu barədə şəhərin meri Zeydan Karalar deyib.

Bildirilib ki, ilkin məlumata görə, hazırda şəhərdə ümumilikdə 3 bina çöküb.

Şanlıurfa bələdiyyə başçısı isə bölgədə 16 binanın çökdüyünü, dağıntılar altında vətəndaşların qaldığını bildirib.

İlkin ehtimallara görə Şanlıurfa şəhərində zəlzələdən azı 10 nəfər ölüb.