Kistoz-fibroz xəstəliyindən əziyyət çəkən uşaqların dərman problemi həll olunub

0
138

Ölkədə kistoz-fibroz xəstəliyindən əziyyət çəkən uşaqların dərman təminatında hazırda problemlərin olması barədə məlumat yayılıb.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, nazirlik bununla bağlı dövlət başçısına müraciət edib və Prezidentin müvafiq göstərişinə əsasən, problemin aradan qaldırılması üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılıb.

“Kistoz-fibroz xəstəliyindən əziyyət çəkən uşaqların dərman vasitələri ilə təchizatının təmin edilməsi barədə” Səhiyyə Nazirliyinin 19 noyabr 2021-ci il tarixli 97 nömrəli əmrinə əsasən nazirliyin “İnnovasiya və Təchizat Mərkəzi” PHŞ tərəfindən müvafiq tələbata uyğun olaraq xəstələr üçün lazımi dərman preparatları tender vasitəsi ilə alınıb və Elmi Tədqiqat Pediatriya İnstitutunun nəzdində olan 6 nömrəli Uşaq Klinik Xəstəxanasına təhvil verilib. Hazırda problem həllini tapıb və dərmanlar kistoz-fibroz xəstəliyindən əziyyət çəkən uşaqlara paylanılır”.

Qeyd edilib ki, kistoz-fibroz xəstəliyindən əziyyət çəkən uşaqların dərman preparatları ilə təminatına dövlət tərəfindən verilməsi ilə bağlı “Kistoz-fibroz xəstələrinə yardım” İctimai Birliyi Səhiyyə Nazirliyinə məktub ünvanlayıb və məsələ həllini tapıb.