Nazirlik ağac kəsilməsi ilə bağlı Baş Prokurorluğa müraciət etdi – RƏSMİ

0
177

Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində yerləşən “Bahar” şadlıq sarayının həyətində ağac kəsilməsi faktı ilə bağlı aparılan araşdırma başa çatıb. 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavad Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, araşdırma zamanı ağacın sözügedən ərazinin mülkiyyətçisi “Nemət-Ə” firmasının göstərişi ilə kəsildiyi müəyyən edilib:

“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa gondərilməsi üçün hazırlanır”.

Xidmət rəsmisi mülkiyyətçilər tərəfindən yaşıllıqlara qarşı bu cür məsuliyyətsiz əməllər törədildiyini təəssüflə qeyd edib:

“Tikinti şirkətlərini belə addımlardan çəkinməyə, min bir əziyyətlə ərsəyə gələn ağaclara zərər verməməyə, əksinə yaşıllıqları qoruyaraq artırılmasına töhfə verməyə çağırırıq”.