Birinci Qarabağ müharibəsinin əlillərinə birdəfəlik ödənişlərin verilmə tarixi AÇIQLANDI

0
272

“1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin ailə üzvlərinə birdəfəlik ödəmələrin verilmə vaxtı açıqlanıb. 

Oxu.Az-ın məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Səfər Mehdiyev “Sosial saat”da bildirib ki, hazırda proses başa çatmayıb:

“Hazırda Müdafiə Nazirliyi və digər hərbi qurumlarla birgə həmin kontingentin dəqiq siyahısının müəyyən edilməsi üzərində iş gedir”.

O bildirib ki, birdəfəlik ödənişlərin iyul ayından başlanması planlaşdırılır.

Qeyd edək ki, 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı verilən sərəncama görə, I dərəcə əlilliyə görə – 8 800 manat, II dərəcə əlilliyə görə – 6 600 manat və III dərəcə əlilliyə görə – 4 400 manat veriləcək.