Bakıda doqquz yaşlı uşağı avtomobil vurub

0
391

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Nərimanov rayonu Fətəli xan Xoyski küçəsində qeydə alınıb.

Belə ki, 2013-cü il təvəllüdlü Filippova Alsu Oleqovna yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.