Yazı mədəniyyəti yaşlanır

0
84

Təəssüf ki, yüksək yazı mədəniyyətinə malik insanlar artıq yaşlanmışdır.
Yeni, cavan qələm sahiblərinin çoxu az bir hissəsi bu mədəniyyətə malikdir.
Bu, mütailələrin azalması ilə əlaqədardır, yoxsa sensasiya yaratmaq istəyənlərin yanlış xəbərlərə meyil etməsidir? Buna cavab tapmaq çətindir.
Müstəllik dövrünün fəsadlarından biri kimi də yozulması mümkün olan bu
durum böyük narahatçılıq yaradır.
Kitab, qəzet oxucularının sayı İnstaqram, fərdi saytlara üz tutanların sayından xeyli aşağı düşmüşdür.
Bu durumun müsbət yola yönləndirilməsi üçün çalışanlar çox azdır. Bu həm də maddi imkansızlığın nəticəsidir.
Kitab, qəzet almağa imkanımız yoxdur deyənlərin isə çoxusunun əlində bahalı telefon, evlərində internet şəbəkəsinin mövcudluğunu görürük.
İnstaqram, youtube, facebook şəbəkələrinə meyl edənlərin çox hissəsi gənclər olsalar da, onlar arasında yaşlılar da az deyil.
Bu şəbəkələrin mövcudluğunun xeyirli tərəfləri olsa da, kitabları belə ordan oxumaq mümkün olsa da, kitab mağazalarında çox az adam tapmaq olar. Bu isə yazı mədəniyyətinin yaşlanmasına, yəni yalnız yaşlı nəsilə malik olmasına gətirib çıxarır.
Mükəmməl yazıçılıq mədəniyyətinin yolu yüksək mütaliədən formalaşır.
Mövcud vəziyyət isə beş-on il sonra daha miskin, duyumsuz oxucu fəlakəti ilə qarşılaşdıra bilər.
Bu fəlakətin qarşısını almaq üçün hər birimiz gündə 2-3 səhifə olsa da, görkəmli insanların kitablarını oxumalıyıq. Cavanlar yaşlıların nəsihətini deyil, əməllərini görürlər.
Çalışaq ki, onlar yaşlıların mütaliəsini görsünlər.
Yalnız bu yolla fəlakətdən yaxa qurtarmaq olar.

Sənubər